Nadir Qafarzadə Sami Yusuf haqqında: Haranın zibilidir ki? ”“ VİDEO

Hazırda oxunan: Nadir Qafarzadə Sami Yusuf haqqında: Haranın zibilidir ki? ”“ VİDEO

72298
Müğənni ATV-dən qovuldu.

Bu gün “ATV”x9dnin canlı efirində qalmaqal baş verib.

Oxu.Az xəbər verir ki, İlqar Mikayıloğlunun təqdim etdiyi “Gün üzü”x9d verilişində qonaq olan Nadir Qafarzadə Bakının qonağı olan Azərbaycan əsilli müğənni Sami Yusufu tanımadığını bəyan edib.

O, Sami Yusufla bağlı “Haranın zibilidir ki?”x9d fikrini səsləndirib.

Daha sonra reklam fasiləsində verilişdən uzaqlaşdırılan müğənni kanalda yaşananlara sosial şəbəkədə belə reaksiya verib:

“Hərdən Azərbaycanda yaşayan bir çox insanlara yazığım gəlir. Görəsən, bizim kimi yaltaq varmı? İnanmıram”x9d.

Nadir Qafarzadənin meneceri açıqlamasında bildirib ki, müğənniyə sözügedən hadisədən sonra kanal tərəfindən qadağa qoyulduğu deyilib. Müğənninin meneceri daha sonra bildirib ki, Nadiri reklam fasiləsində heç kim qovmayıb, o, tənqid olunduğu üçün verilişi tərk edib.

Videonu a24.az saytı təqdim edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin