Ceki Çan yeni filmə çəkilir

Hazırda oxunan: Ceki Çan yeni filmə çəkilir

71715
Çin və Amerika aktyoru Ceki Çan "Viy 2" filmində əsas rollardan birini ifa edəcək. Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, filmin çəkilişləri Çində başlayıb.

Rusiyanın 2014-cü ildə gəlirli filminin (o, 39 milyon dollardan çox qazanıb) yaradıcıları bundan əvvəl də Ceki Çanın filmə çəkiləcəyini bildrimişdilər. Lakin bunun rəsmi təsdiqi yox idi.

"Viy 2" ilk hissənin qəhrəmanı, britaniyalı Conatan Qrinin və kazak yoldaşlarının Çindəki macəralarından bəhs edir. Süjetə görə, Qrin I Pyotrun əmri ilə Çinə - Uzaq Şərqin xəritəsini hazırlamaq üçün yollanır. Əmrin yerinə yetirilməsi zamanı qəhrəman müxtəlif təhlükələr və mistik əlamətlərlə qarşılaşır. 

Filmin rejissoru Oleq Stepçenkodur. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin