Rəqqasə Oksana: “Gözəlliklə əldə olunan kişi...”x9d - FOTO

Hazırda oxunan: Rəqqasə Oksana: “Gözəlliklə əldə olunan kişi...”x9d - FOTO

70995
“Hər evlilikdə ayrılmaq qərarını mən vermişəm”x9d
 
“Bəzilərinə görə rəqqasəliyin titulu aşağı düşüb...”x9d
 
Hindistanda uğur qazanmış, hind rəqslərinin mahir ifaçısı Oksana Rəsulovanın Ailəm.az-a müsahibəsi
 
 
- Gözəl, cazibədar qadın olmaq necə hissdir? Səncə, gözəlliklə istənilən kişini əldə etmək olarmı?
 
- Düşünürəm ki, gözəl qadın olmaq bir tərəfdən yaxşı hissdir, digər tərəfdən isə çox da yaxşı deyil. Özümü heç vaxt gözəl hesab etməmişəm, heç vaxt. Baxmayaraq ki, hər zaman öz ünvanıma “gözəlsən”x9d sözünü eşidirəm. Amma bir söz var - “gözəl olunca, bəxtin olsun”x9d. Mən bəxtimdən narazı deyiləm, Allaha şükür. Gözəl qadın hər zaman diqqət mərkəzində olur. Gözəl qadının daha çox problemlərinin olduğunu hesab edirəm. Gözəlliklə əldə olunan kişi bütünlüklə əldə olunmuş hesab edilmir. Mən heç zaman bunu sınamamışam, heç fikrim də yoxdur. Bəlkə də olar, bu vəziyyət kişidən asılıdır. Gözəllik qadının ağlı, dünyagörüşüdür və hesab edirəm ki, kişilər qadının gözəlliyindən daha çox onun ağlına, dünyagörüşünə fikir versələr, daha yaxşı olar.
 
- Çox gənc olmağına baxmayaraq, artıq bir neçə dəfə ailə qurub ayrılmısan.
 
- Doğrudur, gəncəm, səhvlərim çox olub. Bəlkə də xasiyyətimdən irəli gəlib. Ola bilsin günah məndə olub, yaxud qarşı tərəfdə olub. Ancaq ayrılmaq qərarını hər zaman mən vermişəm.
 
- Hər dəfə həyatdakı tərəfmüqabilini seçməkdə yanılmısan. Yəni ayrılıqlar bunu göstərir. Ya yaxşı götür-qoy etmirsən, ya da aldanırsan. Hansıdır?
 
-  Həyat qəribədir, hər zaman sürprizlərlə dolu olur. İnsan həyat yoldaşını seçməyə də özü qərar verir. Sevgi həyatımda bir dəfə olub. Yanılmağına - heç zaman yanılmamışam. Bəzən insan düşünür ki, belə etsəydim belə olardı, elə etsəydim elə olardı. İnsan nə edəcəyini belə bilmir belə anlarda. Bəlkə də yaxşı götür-qoy etməmişəm, ola bilər, aldanmışam. Bu gün düşünürəm ki, insan ailə quranda çox götür-qoy etməlidir. Bütün bu yaşadıqlarımdan sonra düşündüm ki, insan adi bir ev alanda onun bütün sənədlərinə kimi, hər bir incəliyinə kimi yoxlayır. Hər iki tərəfə aid edirəm bunu, bir-birlərini çox yaxşı tanımalı və yalnız bundan sonra ailə qurmaq qərarını verməlidirlər. Ailə mənim üçün çox şey deməkdir. Ailəmdən hər zaman uzaqda qalmışam. Anamla birgə qalmağım daha çox uşaqlıq yaşlarımda olub. Valideynlərimin duaları hər zaman mənimlədir, amma onlarla hər zaman birgə qalmaq istəyirəm. Təəssüflənirəm ki, mən onlara istədiyim zamanı ayıra bilmirəm. Yəni vaxtım az olur. Bu gün ən böyük problemim budur ki, valideynlərimlə qalmaq istəyirəm, amma mümkün olmur. Mənim üçün sevgi ”“ ana, ata, ailədir.
 
 
- Bundan sonra insanlarda yanılmamaq üçün nə edəcəksən?
 
- Özümə söz vermişəm ki, bundan sonra daha ailə qurmayacağam. Tək yaşamağı düşünürəm, çünki yanılmamaq yaxşıdır. Yanılmamağın yeganə çıxış yolu tək yaşamaqdır. Neyləyim, mənim də bəxtim belə gətirdi də...
 
- Niyə? Bəs ana olmaq da istəmirsən?
 
- Çünki ailə qurmaq üçün sevgiyə inam lazımdır. Mənimsə sevgiyə bütün inamım itib. Bu barədə heç düşünmürəm. Ana olmaq istəyərdim. Amma bu da ailəsiz mümkün deyil, ona görə bu haqda da düşünmürəm.  
 
- Bu günlərdə “Facebook”x9d sosial şəbəkəsindəki səhifəndə belə bir cümlə oxudum: “Səni dünya boyda sevsəm də gəlmə, çünki dünya boyda səhv etmisən”x9d. Bu cümlənin ünvanının kimliyini bilmək olarmı?
 
- Təbii ki, mənim ürəyim hər zaman sevgi ilə dolu olub. Sevgi mənim ürəyimdə var. Amma istəmirəm gəlsin. Çünki düşünürəm ki, bütün bunlardan sonra bizdə daha alınmaz. Amma sevgi mənim ürəyimdə hər zaman var.
 
- Söhbət Elşad Xosedən gedir?
 
- ...(Susqunluq) Elşadla bağlı heç nə danışmaq istəmirəm.
 
- Həyatda səni ən çox incidən nə olub?
 
- Ayrılıq... Məni elə ən çox incidən sevgi, ayrılıq olub. Həyatdakı ən böyük və ağır yaşantılarım və depressiyalarım sevgi ilə bağlı olub.
  
- Rəqqasə olduğun üçün mənəvi zərbələr almısanmı? Sənə qeyri-ciddi yanaşmaq istəyənlərə cavabın nə olub?   
 
- Rəqqasəlik çox gözəl peşədir, pis peşə deyil. Sadəcə bəzilərinə görə rəqqasəliyin titulu aşağı düşüb. İnsanlar rəqqasə eşidəndə ağıllarına o dəqiqə ayrı şey gəlir. Yəqin, o dediyim bəzilərinə görədir bu düşüncələr. Amma mənə heç zaman deməyiblər. Hər zaman hörmətim olub, rəqqasə olduğum bu müddət ərzində peşəm heç bir zaman üzümə vurulmayıb. Mənə heç zaman pis gözlə baxılmayıb. Düşünürəm ki, bu, insanın özünü necə təqdim etməyindən, davranışından asılıdır.
 
- Bəs islam ölkəsində rəqqasə xanım kimi tanınmaq çətin deyil?
 
- Rəqqasəlik dinimizə uyğun gəlmir. Bir az çətindir. Amma düşünürəm ki, ayrı ölkədə olsaydım, mənim üçün daha çətin olardı. Azərbaycanda toylarımız rəqslə keçir, bu normaldır, rəqs adət-ənənəmizdir. Əgər dövlət bu sənət sahiblərinə mükafat verirsə, bu, çox gözəl bir hissdir.
 
- Bir qadın kimi bu gün Oksana Rəsulova özünü xoşbəxt hesab edirmi? 
 
- Çox qəliz sualdır. Təbii ki, ana, ata, ailə olanda xoşbəxtlik olur. Amma qadının şəxsi xoşbəxtliyi çox önəmlidir. Hər zaman qadın kimi diqqət, sevgi göstərilsin, onun qolunun altında olasan, arxan olsun. Mən də yoxdur. Düşünürəm ki, normalda bu olmalıdır, amma istəmirəm mən də olsun, çünki bununla bağlı çox əzab çəkmişəm.
 
- Hindistandakı qələbəndən sonra bir çox iş təklifləri aldığını eşitdik. Hazırda Hindistanda olmağın da bu təkliflərlə bağlıdır?
 
- Hələ ki Hindistandayam, buraya müqavilə üçün gəlmişəm, bəzi sənəd məsələləri də var. Bununla bağlı çox şey danışmaq istəmirəm. Çalışıram ki, Azərbaycan təmsilçisi kimi uğurlu layihələrdə adım olsun. Müqavilə imzalanan kimi ətraflı xəbər edəcəyəm.
 
- Hindistanda sənə ailə qurmaq təklif olunmayıb ki?  
 
- Yox, mən buna yol verməmişəm.

 
 
Rəqqasə Oksana: “Gözəlliklə əldə olunan kişi...”x9d - <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/4026.jpg">Rəqqasə Oksana: “Gözəlliklə əldə olunan kişi...”x9d - <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/4027.jpg">Rəqqasə Oksana: “Gözəlliklə əldə olunan kişi...”x9d - <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/4028.jpg">Rəqqasə Oksana: “Gözəlliklə əldə olunan kişi...”x9d - <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/4029.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin