Müğənni Maral Tahirqızına Azərbaycanı tərk etmək qadağan edilib.xa0
Bu barədə müğənninin özü ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, barəsində əslənən əsassız ittihamlarla bağlı qərəzli münasibətlər var.
“Poisdən mənə bildirdilər ki, səni nəzarətə götürmüşük. İstintaq gedən müddət ərzində, yəni məhkəməyə qədər mənim paytaxtdan kənara çıxmağıma qadağa qoyulub”x9d, - deyə Maral Tahirqızı bildirib.
Müğənni bildirib ki, haqqında səslənən əsassız ittihamlara etiraz olaraq vəsadət qaldırılıb: “Vəkilim barəmdə səsləndirilən ittihamlarla bağlı vəsadət qaldırıb. Hələlik vəsadətimə cava verilməyib. Mən bir şeyi anladım ki, polis idarəsində haqq-ədalət deyilən bir şey yoxdur”x9d.
Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində başlanmış Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Maral Tahirqızı evində əxlaqsızlıq yuvası saxlamaqda ittiham olunaraq polis tərəfindən dindirilib.
































































































