Azərbaycanın xalq artisti erməni dilində oxudu? ”“ VİDEO

Hazırda oxunan: Azərbaycanın xalq artisti erməni dilində oxudu? ”“ VİDEO

66380
Azərbaycanın xalq artisti Rəmiş Rusiyada baş tutan toyların birində ermənicə oxuması xəbərinə reaksiya verib. 

O, AzNews.az-a deyib ki, yayılan məlumatın heç bir əsası yoxdur: “Deyir, bir armudun başında ayının min oyunu var. Mənə ad verilib. Bəziləri buna paxıllıq edir. Bu məlumatı yayanlar da məhz həmin şəxslərdir. Mən uşaq deyiləm ki, erməni mahnısı oxuyam. Mən ifaçıyam, müğənni deyiləm. Mən heç vaxt belə səhvə yol vermərəm. İkincisi də erməni dilini bilmirəm. Əgər bunu bilmirəmsə, necə erməni dilində mahnı oxuya bilərəm. “Tut ağacı”x9dnı Azərbaycan dilində oxumuşam. Disklərim də var, hara desələr ora da çatdıraram. Oxumamışam, mənə yazılanların təsiri yoxdur, reaksiya da vermirik”x9d. 

Gitara ifaçısı bu məlumatları yayanlara qarğış da edib: “Qoy Allah da onların cəzasını versin. Bizim heç kəslə işimiz yoxdur”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin