Xərçəng olan məşhur müğənni oğlu ilə - FOTO

Hazırda oxunan: Xərçəng olan məşhur müğənni oğlu ilə - FOTO

66055
Xərçəng xəstəliyindən müalicə edilən məşhur rusiyalı müğənni Janna Friski uzun müddətdən sonra ilk dəfə oğlu ilə görünüb. ANS PRESS-in məlumatına görə, uzun müddətdir beyin xərçəngindən əziyyət çəkən müğənni sağalmağa doğru gedir.

Janna Friski oğlu Platon ilə Mariya Kiselevanın Moskvada "Olimpiyskiy" İdman Konsert kompleksindəki hovuzda "Şimal şəfəqini xilas edək" adı altında keçirilən şouya qatılıb.

Dekabrın 29-da keçirilən şouya Janna Friskinin oğlu Platon və həyat yoldaşı Dmitri Şepelev ilə qatılması hamının marağına səbəb olub.

Müğənninin gülüşündən həmin şouda ailəsi ilə olmaqdan razı olduğu hiss olunub. Şouda Janna Friskiyə yaxın əyləşən qonaqlar onu narahat etməməyə çalışıblar.

Qeyd edək ki, uzun müddət ABŞ-da beynindəki şişlərə görə müalicə alan, Yurmalada və Çində rahabilitasiya keçən müğənni 3 ay əvvəl Moskvaya geri qayıdıb. Müğənninin yeni ili Rusiyada ailəsinin əhatəsində qeyd edəcəyi bildirilir.







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin