Azərbaycanın və Dağıstanın xalq artisti, bəstəkar Elza İbrahimovanın sonuncu bəstələrindən olan mahnını müğənni Həcər Əliyeva ifa edib. O, mahnıya klip də çəkdirib.
Bu barədə Moderator.az -a danışan müğənni Həcər Əliyeva bildirib ki, sözləri Vahid Əzizə, musiqisi Elza İbrahimovaya məxsus olan “Peşmanam”x9d mahnısına çəkdirdiyi klip izləyənlərin böyük marağına səbəb olacaq.
“Klipdə bir çox hadisələr baş verib. Klipin baş qəhrəmanı izləyənlərin böyük marağına səbəb olacaq. Həmin simanı gizli saxlayırıq.
Klipin təqdimatı dekabrın 2-də Bakıda dəbdəbəli restoranların birində keçiriləcək. Təqdimat mərasiminə dəvət olunacaq KİV, mədəniyyət və incəsənət nümayəndələrinin qarşısında həmin qəhrəmanın kimliyinə və bir çox suallara aydınlıq gətiriləcək.”x9d
Tədbirin təşkilatçısı müğənninin prodüseri Humay Muxtarova da kliplə bağlı fikirlərini qeyd edib. O, ümid edir ki, klip gündəmi zəbt edəcək və daha çox yaddaşlarda qalacaq.

































































































