“Instagram”ın son vaxtlarda fenomenlərindən sayılan Jen Selter şöhrət pillələrini sürətlə addımlayır.
İdman salonlarında çəkib paylaşdığı pozaları və xüsusilə də ombası ilə məşhur olan Selter 21 yaşını iki gün iki gecə boyunca Las Vegasın məşhur gecə klublarından birinin sponsorluğu ilə qeyd edəcək. Həmin bu gecə klubu həmçinin, Jen Selterin ombasını sığortalayıb.
Jen Selterin bu qədər məşhur olmasının səbəbi isə modelləri və görünüşü ilə fəxr edən aktrisaları öz möhtəşəm fiqurası ilə geridə qoymasıdır. Ən əsası isə gözəl xanım ombası ilə məşhurdur. Jen Selter, idman salonunda ya da yoqa otağında çəkilən pozalarını “Instagram”da paylaşaraq qısa müddətdə hər kəsin diqqətini çəkib. Gənc qadın “New York Posta” verdiyi açıqlamada bildirib ki, hər yerdə tanınıram: “Artıq hamı üçün nəzərdə tutulan açıq salonlarda idman edə bilmirəm, çünki mənim orada olmağım böyük bir səs-küyə səbəb olur. Bəzilərinin məni izləməsindən xoşlanmıram”.(azadinform)





































































































