Faiq Ağayev təhqir olundu: “”¦kişiliyə sığmır”

Hazırda oxunan: Faiq Ağayev təhqir olundu: “”¦kişiliyə sığmır”

61094
Gənc müğənni, “Sehirli Pərdə” iştirakçısı olan Röyal Məmmədov xalq artisti Faiq Ağayevlə sözün əsl mənasında qalmaqal yaşayıb. Moderator.az  xəbər verir ki, Faiq Ağayevin tələbəsi olan Röyal Məmmədov maqazin.org-a açıqlamasında xalq artistinin bir zamanlar verdiyi sözün üstündə dayana bilmədiyini deyib.

O, “Sehirli Pərdə” yarışmasının gedişi zamanı komandasında olan Röyal Məmmədova söz verib ki, sən yarışmanı tərk etsən belə mən sənə mahnı təqdim edəcəm, ifa etməyin üçün və eyni zamanda da sənə dəstək olacam. Lakin Faiq Ağayevin bu vədləri yalanlarla əvəz olunub. Daha dəqiq desək, xalq artistinin bu vədi daha sonra Röyal Məmmədova qarşı bəyənməməzliklə əvəz olunub. Müğənninin sözlərinə görə, Faiq Ağayev öz şəxsiyyətini tərsə çevirərək, adını əksinə yaşatmağa davam edib.

O, Röyal Məmmədova “Sən kimsən ki, səninlə mahnı oxuyum, yaxud sənə mahnı verim? Sən mənim səviyyəmdə olan biri deyilsən” deyərək, kobud şəkildə sağollaşıb. Maraqlı məqam isə gənc müğənninin xalq artistinə ünvanladığı cavab olub. Belə ki, müğənni Faiq Ağayevin formasını, şəxsiyyətini, onun kişiyə yaraşmaz geyimlərini və hətta qulağına sırğa taxıb, saçlarını gündə bir qadın formasında eləyib səhnəyə çıxmasının kişiliyə sığmadığını qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin