Primadonna ekranlarda görünməyəcək

Hazırda oxunan: Primadonna ekranlarda görünməyəcək

61086
Məşhur rus müğənnisi Alla Puqaçeva yeni il bayramı günlərində ekranlarda görünməyəcək.

ANS PRESS-in məlumatına görə, müğənninin əri Maksim Qalkin bildirib ki, rus estradasının primadonnası Alla Puqaçeva bayram günlərini ailəsi ilə bir yerdə keçirmək qərarına gəlib:

"O, bayram günlərində səhnədə olmaq əvəzinə öz ailəsinin əhatəsində olmağı üstün tutub. Buna görə də o, bayram günlərində heç bir konsert proqramında çıxış etməyəcək".

Müğənni dekabr və yanvar ayları arasında evində özü hazırladığı yeməklərlə böyük qonaqlıqlar təşkil etməyi düşünür. 

Onu da qeyd edək ki, Alla Puqaçevanın əri M.Qalkin də bayram günlərində konsertlərdə, yığıncalarda və tv şoularda çıxış etməyəcəyini bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin