350 minə "acıların uşağı" - FOTOLAR

Hazırda oxunan: 350 minə "acıların uşağı" - FOTOLAR

60840
Türk kino tarixinə "qəmli uşaq" (acıların çocuğu) adı ilə düşən müğənni Əmrah illər sonra yenə öz ampulasına qayıdıb. Məlumata görə, yaşı 40-ı haqlayan ifaçı bu dəfə restoranlardan birinin siması olub. 

Müğənni hamburger reklamı üçün kamera qarşısına keçib. 80-cı illərin uşaq Əmrahı eyni üz ifadəsindən "acılı toyuq klassik hamburger" reklamında da məharətlə istifadə edə bilib. 
Kədərli üz ifadəsini alan müğənni əlində hamburger tutub. 

Reklamın şüarı isə belə olub "Mənim acım mənə yetər". 

Xəsisliyi ilə tanınan Əmrah reklamdan 350 min lira (121 min manat) gəlir əldə edib. 

Qeyd edək ki, müğənni ötən ay xəsisliyi ilə bir necə dəfə gündəmə gəlib. Əvvəl o hamilə arvadını restoranda pulsuz yedirib, sonra isə rentgen pulu baha olduğu üçün anasını xəstəxanadan çıxarıb.(anspress)





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin