“Mən Məcnun kimi ölmək istəmirəm”.
Son zamanlar reper Elşad Xose və rəqqasə Oksana Rəsulovanın yenidən bərabər olduqları xəbəri hər kəsi maraqlandırır.
Moderator.az ATV telekanalında yayımlanan “10lar” verilişinə istinadla xəbər verir ki, Elşadın Oksananın öz əlləri ilə yaratdığı portretini bir neçə gün əvvəl İnstagram sosial şəbəkəsində paylaşması boşanan cütlüyün yenidən barışması xəbərinə səbəb oldu.
Hər iki tərəf olanlara münasibət bildirdi.
Oksana:
“Mən ümumiyyətlə, bilmirəm ki, sabah nə ola bilər. Ola bilər ki, nə zamansa barışaq. Biz sadəcə İnstagram-da bir-birimizin fotolarına rəy yazırıq. Bu, sadəcə virtual münasibətdir. Sözügedən foto mənə 2 il əvvəl hədiyyə olunub. Mən onu hazırda evimdə saxlayıram”.
Elşad:
“Hər şey Allahın əlindədir. Mən Məcnun kimi ölmək istəmirəm. Fotoya gəlincə isə mənim ən uğurlu işlərimdən biri idi. 3 ildir ki, mən bu işlə məşğulam. Bu işdə rahatlıq tapıram. Öz əl işlərimi yığıb pulsuz sərgi təşkil edəcəyəm”.































































































