Azərbaycanlı model Günay Musayeva və tanınmış türk aktyoru Tolqa Karelin ayrılıq xəbərləri özünü doğrultmadı. 
ANS PRESS-in məlumatına görə, Türkiyə mediasının dəfələrlə boşadığı məşhur cütlük dünən sosial şəbəkələrdə birlikdə fotolarını paylaşmaqla danışılanların doğru olmadığını sübut edib.
Dostları ilə İstanbulda gecə gəzintisinə çıxan Günay və Tolqa nəşəli, keyfli və çox mehriban olduqları fotolarda açıq-aydın görünür. 
Yalançı boşanma xəbərlərini yayan media nümayəndələri cütlüyü yenə də tək buraxmayıb. Mediadan küskünlüyünü gizlətməyən Günay Musayeva müxtəlif telekanalların müxbirlərinin mikrafonlarını çəkərək belə bir şərh verib: "Həmişə sizmi çəkəcəksiz? Bu gün də mən sizi çəkim dedim. Saatlarla soyuqda gözləyən dostlar, sizə qıya bilmərəm." 
Xatırladaq ki, Günay Musayeva və Tolqa Karel 29 avqust 2011-ci ildə evləniblər. Onların yeganə oğlu Cahangir 17.05.2012-ci ildə dünyaya gəlib.






































































































