Tanınmış müğənnilərimizin adları pul qalmaqalında

Hazırda oxunan: Tanınmış müğənnilərimizin adları pul qalmaqalında

56678
Bu gün ANS-in efirində yayımlanan “Adam içində” verlişində növbəti qalmaqalın əsası qoyulub.

Verilişə gələn Elmir adlı şəxs şou-biznes nümayəndələrinin bəziləri ilə bağlı şok açıqlamalar verib.

O. bildirib ki, Moskvada yaşadığı müddətdə bir qrup dələduz ona 4 min dollar pul “atıb”. Elmir iddia edir ki, həmin qrupun tərkibində Azərbaycanın estrada müğənniləri də olub. 

Şikayətçi Elmir Moskvada restoran işlətdiyini və 2010 ci il noyabr ayından Vasif Şahbazovu tanıdığını deyib. 

"Bir gün Vasif Şahbazov bir nəfərlə mənə yaxınlaşaraq beynalxalq şəbəkə biznesinə qoşulmağı təklif etdi. Vasif dedi ki, bu işdə yaxşı qazanc var. O, dedi ki, müğənnilər Niyaməddin Musayev və Elariz Məmmədoğlu da bu şəbəkədədir", deyə Elmir bildirib.

Verilişdə müğənni V.Şahbazov da iştirak edib. Elmir studiyada Vasif Şahbazovu fırıldaqçı adlandırıb.

Niyaməddin Musayev və Elariz Məmmədoğlu ilə əlaqə yaradıb məsələyə münasibətlərini öyrənmək istədik. Lakin onlarla əlaqə saxlamaq mümkün olmadı.

Məsələ ilə bağlı tərəflərin mövqeyini işığlandırmağa hazırıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin