Keremcem evlənir - FOTOLAR

Hazırda oxunan: Keremcem evlənir - FOTOLAR

54676
Türkiyənin yaraşıqlı pop ifaçılarından biri olan Kərəmcəm iki ildir sevgili olduğu aktrisa Seda Güvenə evlilik təklifi edib. 

Sənətçi iyun ayının 17-i anasının üzüyü ilə 120 nəfərlik tədbirdə sevgilisinin qarşısına çıxaraq onunla evlənmək istədiyini bildirib. İyun ayından etibarən xəbəri gizli saxlayan cütlük ötən günlərdə ailə içində nişan keçiriblər. Aktrisa nişandan sonra sevincini hər kəslə bölüşmək qərarına gəlib. 

Qeyd edək ki, Keremcem iyun ayında Sedanın doğum günündə qonaqların içində evlilik təklifi edərək xanımına və dostlarına sürpriz edib. S.Güven bu zaman sevincdən göz yaşlarına sahib ola bilməyib. Keremcemin anası illər öncə üzüyünü ona verərək sevdiyi qadına evlilik təklifini bu üzüklə etməsini istədiyini bildirib. 3 ay bundan öncə ciddi addım atan cütlük bu xəbəri dostlarından başqa heç kimə deməyiblər. Keremcem və Seda toy tarixi barədə hələ ki, məlumatın olmadığını deyiblər. (ans)




























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin