Müğənni Arzu Mələk yoxa çıxıb - ŞOK

Hazırda oxunan: Müğənni Arzu Mələk yoxa çıxıb - ŞOK

53272
Tanınmış azərbaycanlı müğənni Arzu Mələk yoxa çıxıb.

Bu haqda azxeber.com-a müğənninin yaxınları məlumat veriblər. Onların dediyinə görə, müğənni artıq bir neçə aydır ki, yaşadığı evi tərk edib və hər kəslə əlaqəsini kəsib. Yaxınlarının dediyinə görə, müğənninin külli-miqdarda borcu olduğuna görə belə addım atıb. Hətta Arzu Mələkdən şikayətçi olanlar onu məhkəməyə də veriblər. Məhkəmədən müğənninin evinə bildiriş gəlsə də, o prosesdə iştirak etməyib.

Həmçinin Arzu Mələk qızının sürdüyü bahalı avtomobili də satıb. Digər bir məlumata görə, müğənni Rusiyaya qaçıb.

Məsələylə bağlı müğənninin mövqeyini öyrənmək istəsək də, onunla əlaqə yaratmaq mümkün olmadı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin