Məşhur türk aktyoru balkondan yıxıldı

Hazırda oxunan: Məşhur türk aktyoru balkondan yıxıldı

52596
Türkiyəli məşhur aktyor bədbəxt hadisə ilə üzləşib. 

Türkiyədə bir çox məşhur seriallarda rol alan aktyor Bəkir Aksoy ötən gün gecə Bodrumda evinin balkonundan yıxılıb. Belə ki, beş ay əvvəl ata olan aktyor, həyat yoldaşı ilə birlikdə iki aydır Bodrumda tətil keçirirmişlər. Gecə saatlarında həyat yoldaşı ilə sahildə gəzintiyə çıxan Aksoy evə qayıdanda açarı içəridə unutduqlarını başa düşüb. Evlərinin yaxınlığındakı otelə oğru girdiyi üçün bunlar da ehtiyat edərək evin qapısını çıxarkən kilidləyiblər. Əlacsız qalan aktyor evin arxa baxçasından divara dırmanaraq əlini bakona uzadıb və həmin an yerə yıxılıb.

Yıxılması ilə özünü itirən aktyoru həyat yoldaşı Dərya dərhal Bodrum Acıbadəm xəstəxanasına çatdırıb. Həkimlərin müayinəsi ilə məlum olub ki, Aksoy iki qabırğa sümüyünü və sağ əlini 3 yerdən sındırıb. 

İki saat yarım əməliyyat olunan aktyor, daha sonra palatalardan birinə köçürülüb. Həkimlər baş verən qəzanın onun üçün gələcəkdə hər hansısa problem yaratmayacağını bildiriblər. 

Qeyd edək ki, Bəkir Aksoy “Doktorlar”, “Türk malı”, “Çiçek taksi” və “Yahşi Cazibe” kimi seriallarda yaratdığı obrazlarla Azərbaycan tamaşaçısına tanışdır.

anspress
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin