Qalmaqallı müğənni Ledi Qaqa, əlbəttə ki, toyunu da adınalayiq şəkildə etmək niyyətindədir. O, öz toyunu bütün qalaktikaya çatdırmaq istəyir.
28 yaşlı Ledi Qaqa və onun nişanlısı 33 yaşlı Teylor Kinni toylarını “Virgin Galactic” kostik gəminin göyərtəsində edəcəklər. Toy mərasimi isə 2015-ci ilin əvvəllərinə planlaşdırılıb.
Qeyd edək ki, “Riçard Brenson” şirkəti arzulayan hər kəsi kosmosa yollayır. Şirkətin xidmətindən Eşton Katçer, Bred Pitt və Anjelina Coli də istifadə etməyə hazırlaşırlar.
publika.az































































































