Moderator.az-ın aktual.az-a istinadən məlumatına görə, “Kurtlar Vadisi” ssenari müəllifi və istehsalçılarından olan Cüneyt Aysan ilə Bahadır Özdenerə aid olan “Ağ Qərənfil” adlı serial çox yaxında “ATV”də ekran üzü görəcək.
Seriallar həm mövzusu, həm də aktyorları ilə müzakirəyə səbəb olacaq. Uzun illər "Kurtlar Vadisi”nin Abdülheyi olaraq tanına Kenan Çobanın ardından seriala eyni istehsalda Karanı canlandıran Hakan Boyav da qatıldı. Boyav “Ağ Karanfil”də narkotik alverçilərinin qorxulu yuxusu olan narkotik komissarını canlandıracaq. Zazanı canlandıran Ali Sürmeli də serialda iştirak edəcək. Kenan Çoban, Hakan Boyav və Əli Sürməlini baş rollarını paylaşdığı "Ağ Karanfil” narkotikə qarşı mübarizədən bəhs edəcək.


































































































