Sərdar Ortaçın vəziyyəti pisləşib - FOTO+VİDEO

Hazırda oxunan: Sərdar Ortaçın vəziyyəti pisləşib - FOTO+VİDEO

48816
Ötən günlərdə həyatını İrlandiyalı model Xloe ilə birləşdirən Sərdar Ortaça aid olan pis xəbərlər yayılmaqda davam edir.

ANS PRESS-in məlumatına görə, bir müddətdir şiddətli əzələ ağrılarından şikayət edən ifaçı xəstəxanaya üz tutub. 

Ağrılar ucbatından sənətini arxa plana qoyaraq lazımı yoxlamalardan keçən Sərdar həkimə müraciət edib. İfaçıya “MS” (mərkəzi sinir sistemi xəstəliyi) diaqnozu qoyulub və o, lazımi müalicəyə başlayıb. Sərdar sevənləri üzəcək xəbəri təsdiqləyən müğənni bu barədə şəxsi Twitter səhifəsində yazıb və aşağıdakı videonu yükləyərək pərəstişkarlarını məyus edib. 

Qeyd edək ki, ötən günlərdə həyat yoldaşı Xloe ilə Nişantaşında gəzintiyə çıxan Sərdarın yeriməkdə əziyyət çəkdiyi gözdən yayınmayıb. İfaçının xoş olmayan əhvalı və nahar zamanı dayanmadan, dalbadal siqaret çəkməsi jurnalistlərdə maraq oyadıb.











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin