Sezen Aksu: "Erməni ilə oxumaq mənə şərəfdir"

Hazırda oxunan: Sezen Aksu: "Erməni ilə oxumaq mənə şərəfdir"

46644
Türkiyənin məşhur müğənnilərindən olan Sezen Aksu "Kardeş türkülər" layihəsi çərçivəsində Avropada konsertlər verəcək.

Moderator.az AHT-yə istinadən bildirir ki, səhnədə S.Aksunu erməni Ara Dinkçyan müşayiət edəcək.

Mayın 28-də Almaniyanın Mannheym şəhərində başlanacaq konsert turnesi Bohum, Rotterdam, Ştutqart, Münhen, Hamburq və Berlində davam edəcək.

Erməni mahnıları ilə yanaşı, kürd mahnılarını da ifa edəcək Sezen Aksu deyib: "Ara çox gözəl sənətkardır. Erməni mahnılarını oxumağıma gəldikdə isə - xalq mahnıları xalqın yaddaşıdır. Erməni Ara ilə oxumaq mənə şərəfdir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin