Ədalət Şükürovun saatı “Titanik” gəmisinin dəmirindəndir

Hazırda oxunan: Ədalət Şükürovun saatı “Titanik” gəmisinin dəmirindəndir

40887
Müğənni Ədalət Şükürov maraqlı açıqlama verib.   
Moderator.az-ın məlumatına görə, həmişə səliqəli, fərqli görünüşü ilə seçilən müğənni geyimlərini qızının seçdiyini deyib. İfaçı yerli telekanallardan birində yayımlanan verilişə zövqlü geyimi ilə qatılan müğənni bildirib ki: “ Bu ayaqqabılar ən son dəbdə olan modellərdən biridir. Deyim ki, bu model satışda yoxdur”.  Qolundakı saatın “əfsanəvi Titanik”in dəmirindən hazırlandığını vurğulayan Ədalət Şükürov: “Bu saat mənim həyatımı dəyişdi. İndi başa düşürəm ki, tale, alın yazısı nədir. Hər birimizə Allah ixtiyar verir ki, o, özü üçün də nəyisə dəyişsin. Hər kəsə arzu edirəm ki, öz işi ilə məşğul olsun. Və o işə görə ona pul versinlər".  Ayaqqabılarının dünya podiumlarında göstərildiyini deyən ifaçı: “2014 ”“cü ildə nə dəbdə varsa, mənim əynimdədir. Belə deyək də bu işlərə mənim üçün qızım baxır. O hansısa tədbirlərdə iştirak edir. Zəng edib deyir ki, papa bu dəbdədir. Və onları alıb mənə göndərir” - deyə Ədalət Şükürov açıqlama verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin