Müğənni Natavan Həbibi mahnılarının dinlənmə sayından xəbərsizdir.
Moderator.az-ın məlumatına görə, sənətçi ATV telekanalında yayımlanan “Onlar” verilişinə açıqlamasında bunu heç vaxt təqib etmədiyini deyib: “Mahnılarımın hit olmasından, nə qədər dinlənilməsindən xəbərim yoxdur. Bunları izləmirəm, məni heç maraqlandırmır. Mənim üçün əsas sənətdir. Hələ bu harasıdır ki... Bir azdan bütün onluqlar mənim olacaq. Çünki Natavan nömrə birdir".
Qeyd edək ki, Natavanın Murad Arifin bəstələdiyi “Sən məni başa düşmürsən” adlı yeni mahnısı ən çox dinlənilənlər sırasındadır.





























































































