Müğənni İlhamə Qasımova günahlarını etiraf edib.
Moderator.az-ın
məlumatına görə, sənətçi “ATV Maqazin” dərgisinə müsahibəsində özünü dünyanın
ən günahkar insanı saydığını deyib:
“Günahın
böyüyü-kiçiyi yoxdur. Bilirəm ki, onsuz da o dünyada bütün günahlarıma görə
cavab verəcəm. Elə bu dünyada da günahlarımın cəzasını çəkirəm. Bir dəfə həyat
yoldaşıma acıqlı cavab verdim, pilləkəndən düşəndə ayağım sürüşdü, necə
yıxıldımsa... Ümumiyyətlə, başıma pis iş gələndə oturub fikir çəkmirəm ki; “Ay
Allah, niyə belə elədin?” Həmişə deyirəm ki, “şükür ki, belə oldu”. Özümü ən
günahkar insan hesab edirəm. Çünki bir vaxtlar namaz qılıb, yarımçıq kəsmişəm”.


























































































