Vəfa Zeynalovanın əri: "Mənə maraqsızdır, kim nə deyir..."

Hazırda oxunan: Vəfa Zeynalovanın əri: "Mənə maraqsızdır, kim nə deyir..."

31966


"İlahi məxluq” filmində çəkildiyi erotik səhnəyə görə son zamanlar gündəmdə olan aktrisa Vəfa Zeynalovanın boşandığı xəbəri yayılmışdı. Mətbuatda yayılan məlumata görə, aktrisanın həyat yoldaşı Samir Rzayev bu hadisəni dözümsüzlüklə qarşılayıb. 
Ailədə başlayan söz-söhbət hətta boşanma səviyyəsinə çatıb və məhkəməyə müraciətlə yekunlaşıb. 
Moderator.az-ın məlumatına görə, bu gün Samir Rzayev Facebook sosial şəbəkəsində məsələyə münasibət bildirib və heç bir söz-söhbətin onların sevgisinə mane ola bilməyəcəyini qeyd edib. 
Samir Rzayev Facebook-da Vəfa Zeynalovaya müraciət edərək aşağıdakı sözləri yazıb: 
"Həyatım! Mənə maraqsızdır, kim nə deyir, kim nə yazır, kim nə fikirləşir! Sən Mənim həyatımsan, balalarımın anasısan. Səni çox istəyirəm! Fikir vermə, öpdüm"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin