Cəmiyyətdə dəliqanlı gənc kimi tanınan Robert Eyyubov meyxana ustası Üzeyir Mehdizadəyə oxumağı qadağan edib. Moderator.az-ın məlumatına görə, Üzeyiri yanında çağırtdıran Robert Eyyubov onun mənasız və şit mahnılarından camaatın təngə gəldiyini deyib.
Üzeyirə son xəbərdarlığını edən Robert bildirib ki, bir daha Üzeyirdən yeni mahnı eşitməyəcək.
Xəbəri dəqiqləşdirmək üçün sənətçinin özü ilə əlaqə saxlamaq cəhdlərimiz də baş tutmadı.
































































































