Rəqsanə İsmayılova həyat yoldaşından danışıb. O, Lent. az-a həyatında hər şeyin qaydasında olduğunu söyləyib:
“Mən həmişə Allaha dua edirdim ki, qarşıma məni anlayan insan çıxartsın. Allah da duamı eşitdi, 3 ay sonra İlhamla rastlaşdıq. Düzdür, bir-birimizi çoxdan tanıyırdıq. O, bir gün mənə sevdiyini söylədi. Mən də onun sevgisinə biganə qalmadım. Çünki o, çox centlmen və müasirdir. Özü Almaniyada yaşayır. Aramızda 6 yaş fərq var. Mən 34 - dəyəm, onun 40 yaşı var. Onu çox sevirəm. İlhamdən əvvəl həyatımda bir adam olub. Televiziya kanallarının birində onu sevdiyimi dedim. Sonra peşman oldum. Amma indi Allahıma çox şükür edirəm.

























































































