İlhamə - Nazpəri məhkəməsi davam edir

Hazırda oxunan: İlhamə - Nazpəri məhkəməsi davam edir

30067
Bu gün xalq artisti İlhamə Quliyevanın xalq artisti Nazpəri Dostəliyevaya qarşı qaldırdığı iddia üzrə Nəsimi rayon Məhkəməsində məhkəmə prosesi keçirilib.   
İlhamə Quliyevanın vəkili Şəfiqə Nağıyeva APA-ya açıqlamasında bildirib ki, proses iyulun 2-də davam edəcək: “Hakim Etibar Hümbətovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qarşı tərəf, yəni Nazpəri Dostəliyevanın vəkili çıxış üçün vaxt istədiyinə görə proses iyulun 2-də davam edəcək”.   
Qeyd edək ki, İlhamə Quliyevanın şikayət ərizəsi aprelin 23-də Nəsimi Rayon Məhkəməsinə təqdim olunub. İlhamə Quliyeva iddia ərizəsində Nazpəri Dostəliyeva tərəfindən ictimai şəkildə şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna xələl gətirildiyini bildirib. Bundan öncə isə iyunun 10-na təyin edilmiş məhkəmə prosesi hakimin dəyişməsi səbəbindən təxirə salınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin