Şəbnəm Bakı küçələrində “avtoşluq” etdi - FOTO/VİDEO

Hazırda oxunan: Şəbnəm Bakı küçələrində “avtoşluq” etdi - FOTO/VİDEO

269997
Müğənnilər Şəbnəm Tovuzlu və Səbinə Selcan axşam saatlarında mərkəz prospektlərin birində “avtoşluq” ediblər.xa0

İfaçıların sükan arxasında etdiyi təhlükəli ötmə əməliyyatı “Instagram”da paylaşılıb.xa0

Həmin görüntülərdən aydın olur ki, Səbinə ilə Şəbnəm bir-birini ötmək istəyib. İşıqforun qırmızı işığına düşən hər iki ifaçı avtomobillərini saxlamaq məcburiyyətində qalıblar. Daha sonra isə ağ rəngli “Mercedes-Benz Gelandewagen” avtomobilini idarə edən Şəbnəm yolda ötmə əməliyyatı edərək, həmkarı Selcanı arxada qoyub.xa0

Sözügedən kadrlar sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Hər iki müğənninin bu hərəkəti izləyicilər tərəfindən tənqid olunub. Kimi onları “görməmiş” adlandırıb, kimi də “yolda meymunluq edirlər” kimi şərhlərlə ifaçıları sərt şəkildə qınayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin