Təranə Qumralı əriylə tutduğunu iddia edən Nazənini - 4 MİN MANAT QANE ETMƏDİ, MƏHKƏMƏ QƏRARI

Hazırda oxunan: Təranə Qumralı əriylə tutduğunu iddia edən Nazənini - 4 MİN MANAT QANE ETMƏDİ, MƏHKƏMƏ QƏRARI

265798
Ali Məhkəmədə müğənni Nazənin Salayevanın həmkarı Təranə Qumralla bağlı verdiyi kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub və N.Salayevanın kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, ilk olaraq Nərimanov Rayon Məhkəməsinin qərarı ilə T.Qumral N.Salayeva və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməli idi. Lakin T.Qumral məhkəmə qərarlarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə T.Qumral 4 min manat məbləğində cərimə edilib. Hökmdən narazı qalan N.Salayeva apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə onun şikayətini təmin etməyib. Daha sonra N.Salayeva kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Qeyd edək ki, müğənni T.Qumralla həmkarı N.Salayeva arasında qalmaqal keçmiş ANS kanalının “Bazar səhəri” verilişində başlayıb. Belə ki, N.Salayeva canlı efirə zəng edərək T.Qumrala “Səni ərimlə tutdum” deyib. T.Qumral isə, öz növbəsində, N.Salayevanın barəsində xoş olmayan ifadələr işlədib. Buna görə də Nazənin məhkəməyə müraciət edib.(posta.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin