"O səs Türkiyə"də Şah İsmayıl Xətainin sözlərinə bəstələnən mahnı oxundu - Münsiflər şoka düşdü - VİDEO

Hazırda oxunan: "O səs Türkiyə"də Şah İsmayıl Xətainin sözlərinə bəstələnən mahnı oxundu - Münsiflər şoka düşdü - VİDEO

248531
Türkiyənin ən baxımlı musiqi yarışması olan “O səs Türkiyə”de oxunan “Girmə yola sən” mahnısı münsifləri heyrətləndirib.

Səfəvi hökmdarı Şah İsmayılın eyni adlı şeirinə bəstələnmiş mahnıya münsiflərin 4-ü də dönüb. Jüri üzvləri mahnı və ifa qarşısında məəttəl qaldıqlarını etiraf edib. Baran və Barış əkizlərinin oxuduğu mahnı auditoriya tərəfindən də coşquyla qarşılanıb. İştirakçılar münsiflər arasında seçim edərkən Bəyazid Öztürkə üstünlük veriblər.(a24.az)

Arif isən bir gün səni səslərlər,
Bülbül deyü gülüstanda bəslərlər,
Bir gün səni rəhbərindən istərlər,
Kimin izni ilə girdin yola sən?

Özün əğrü üsən yola zərərsin,
Dərdini yetişmiş, dərman ararsın.
Məsləhətin nədir şarı sorarsın,
Sərraf olmayınca girmə şara sən.

Qapudan çıxınca köşə gözətmə,
İçin qaraltıb da dışın düzətmə!
Şah Xətayim, ötəsini uzatma,
Mö’mün isən bir iqrarda dura sən.

Şah İsmayıl Xətaixa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin