Son olaraq "Fazilet hanım ve kızları" serialında rol alan aktyor Çağlar Ertuğrul İstanbuldan İzmirə köçüb.
Moderator.az axşam.az-a istinadən xəbər verir ki, ötən gün Nişantaşıda sevgilisi Kalya Manukyanla görüntülənən aktyor jurnalistlərin suallarını da cavablandırıb.
O, İzmirə köçdüyünü, meyvə-tərəvəz yetişdirməyə başladığını bildirib. Çağlar onu da əlavə edib ki, bir müddət sonra o, heyvan da alaraq, heyvandarlıqla məşğul olacaq.
































































































