Təbiətə sığınan Çağatay Ulusoy yeni evinə sərvət ödəyəcək

Hazırda oxunan: Təbiətə sığınan Çağatay Ulusoy yeni evinə sərvət ödəyəcək

216523
Şəhərin sıxlığından bezən aktyor Çağatay Ulusoy təbiətə sığınıb.

Ulusoy Zekeriyaköy səmtində 4 mərtəbəli villa kirayəyə götürüb. Aktyor hər ay 16 min lirə (7 min manat) kirə pulu ödəyəcək.

Çağatay çəkiləcəyi yeni serialda hər seriya üçün 50 min türk lirəsi (23.5 min manat) qonorar alacaq. Hazırda İstinye səmtində yaşayan aktyor təbiətə sığınmaq qərarına gəlib. Onun villa kirayəyə götürdüyü Zekeriyaköydə Hazal Kaya, Derya Tuna, Tan Sağtürk, Emel Sayın, Özcan Dəniz kimi məşhurlar da yaşayır.

4 mərtəbəli villanın həyətində hovuzu, meşəyə baxan iki hektarlıq ərazisi var. (ölkə.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin