Türkiyəli məşhur müğənnilər Sezen Aksu və Yıldız Tilbe 25 il sonra barışıb.
Yıldız Tilbe 25 il öncə həmin dövrlərdə Sezen Aksunun sevgilisi olan mərhum sənətçi Uzay Heparı ilə bir gecəlik münasibətdə olub. Tilbe bunun bir xəta olduğunu qəbul etsə də, Sezen əlindən tutub musiqi sektoruna gətirdiyi müğənni ilə əlaqələrini kəsmişdi.
“Akşam Life”x9d dərgisində yayımlanan xəbərə görə, Y.Tilbe ötən həftə şokolad və çiçək alaraq Minik Sərçənin Kanlıcada yerləşən evinə gedib. İfaçı ilə barışan Tilbe onun könlünü almağı bacarıb. Cütlük bununla da aralarındakı soyuqluğa son qoyublar.(Publika.azxa0)



































































































