Aktrisaxa0Pərvin Abıyevanınxa0avtomobili cərimə meydançasına yerləşdirilib.
Moderator.azxa0Report-a istinadən xəbər verir ki, 99 EP 333 dövlət qeydiyyat nişanlı, “Porche”x9d markalı avtomobil hərəkətdə olarkən, üzərinə qoyulan həbslə bağlı Nəsimi rayonu ərazisində Yol-Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanılıb.
YPX əməkdaşları həmin avtomobilin Pərvin Abıyeva tərəfindən idarə olunduğunuxa0müəyyən edib vəxa0avtomobilin cərimə meydançasına aparılacağını bildiriblər. Lakin aktrisa bu qərarla razılaşmayıb. Buna baxmayaraq, qanuna müvafiq olaraq, avtomobil evakuator vasitəsilə cərimə meydançasına yerləşdirilib. “Porsche”x9d markalı avtomobilin sığortalanmadığı, bir neçə ödənilməyən cərimənin olduğu aşkarlanıb.






























































































