Erməni müğənninin Azərbaycanla bağlı yalanı üzə çıxdı - Video

Hazırda oxunan: Erməni müğənninin Azərbaycanla bağlı yalanı üzə çıxdı - Video

176899
Bəstəkar İsa Məlikov Ermənistanın “Eurovision-2016”x9d müsabiqəsindəki təmsilçilsi İveta Mukuçyanın iddialarını təzib edib.

Moderator.az-ın Sputnik.az-a istinadən xəbərinə görə, Ermənistanın “Eurovision-2016”x9d müsabiqəsindəki təmsilçilsi İveta Mukuçyan www.eschalley.com saytına müsahibəsində qeyd edib ki, Azərbaycanın "Eurovision-2017"dəki təmsilçisi Diana Hacıyevanın “Skeletons”x9d mahnısı ötən il Mukuçyana təklif olunsa da, o, mahnıdan imtina edib.

Diana Hacıyevanın bu mahnısının musiqisinin müəllifi kimi İsa Məlikov qeyd olunub. Sözlərin müəllifi isə isveçli Sandra Byermandır.

Sayt Mukuçyanın iddiasını araşdırmaq üçün hazırda Kiyevdə olan İsa Məlikova müraciət edib. Məlikovun sözlərinə görə, “Skeletons”x9dun musiqisi 2017-ci ilin əvvəlində xüsusi olaraq Diana Hacıyeva üçün yazılıb, fevralda isə sözlərinin yazılması üçün Sandra Byermana göndərilib.

“Sandra Diananı tanıyır, ona görə də Diananın əsasən hansı mahnıları oxumağa üstünlük verdiyini bilirdi. Onun musiqiyə yazdığı sözlər Diananın çox xoşuna gəldi. Mahnı belə yarandı və ona görə də heç cür ötən il erməni müğənnisinə təklif edilə bilməzdi”x9d,- deyə Məlikov bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin