Türklər həm bizdən oğurladı, həm də şikayət etdi - Video

Hazırda oxunan: Türklər həm bizdən oğurladı, həm də şikayət etdi - Video

173170
Türk izləyicilər Yutub şəkəbəsinə yerləşdirilən “Leyli və Məcnun”x9d filmimizi şikayət edib, filmin bloklanmasına səbəb olublar.

Bu barədə Vikipediyada Azərbaycan kino sənəti portalının, eləcə də Yutub şəbəkəsində “Azərbaycan kinosu”x9d kanalının yaradıcısı Vüsal Ağayev məlumat verib. O qeyd edib ki, 1973-cü ildə çəkilən “Yunus Əmrə”x9d adlı türk filmində 1961-ci ildə çəkilmiş Lətif Səfərovun “Leyli və Məcnun”x9d filmindəki kadrlardan istifadə olunub:

“Yunus Əmrə”x9d adlı türk film var. 1973-cü ildə çəkilib, hətta mükafatlar da alıb. Amma filmdə 1961-ci ildə çəkilmiş Lətif Səfərovun “Leyli və Məcnun”x9d filmindəki kadrlardan istifadə edilib. İndi türk filmlərini yerləşdirən “Fanatik film”x9d Yutub kanalı bizim filmdən kadrların oğurlanıb istifadə edilməsinə rəğmən, “Leyli və Məcnun”x9du şikayət edib və film mənim kanalımda bloklanıb. Nə qədər ki, “Azərbaycanfilm”x9d kinostudiyası öz rəsmi, yüksək keyfiyyətli kanalını açıb öz filmlərinin müəllifliyini qorumayacaq, belə hallar baş verəcək. Mən də məcbur oldum həmin kadrları filmdən çıxarıb bir daha yerləşdirdim”x9d.(Teleqraf.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin