Dima Bilan ağır xəstəlikdən arıqlayıb tanınmaz hala düşdü - Fotolar

Hazırda oxunan: Dima Bilan ağır xəstəlikdən arıqlayıb tanınmaz hala düşdü - Fotolar

152066
Dima Bilan kəskin arıqlamaq səbəbini izah edib.
xa0
Müğənni etiraf edib ki, arıqlamasına səbəb xora xəstəliyinin ağırlaşması olub.xa0
xa0
Artıq bir neçə aydır ki, Dima Bilanın pərəstişkarlarını müğənninin kəskin şəkildə arıqlaması narahat edirdi. Çoxları onun kəskin arıqlaması pəhriz saxlaması ilə əlaqələndirirdi. Lakin məlum olub ki, ulduzun arıqlama səbəbi xəstəliyi imiş. Bu yaxınlarda müsahibələrinin birində müğənni etiraf edib ki, xora xəstəliyi səbəbindən arıqlayıb. Bir neçə ay əvvəl D.Bilanın qastriti ağırlaşıb və nəticədə xeyli çəki itirib: "Qəsdən arıqlamamışam. Qeyri-sağlam qidalandığım üçün qastritim ağırlaşdı. İndi hər iki-üç saatdan bir kiçik porsiyalar yeyirəm. Səhər şorba bişirirəm: Yulaf, düyü, manna. Artıq özüm bacarıram, pis alınmır".
xa0
Lakin artistin sözlərinə görə, xarici görünüşündən razıdır və arıq olmaq özünün xoşuna gəlir: "Arıq olmaq xoşuma gəldi. Daxildə yüngüllük hiss edirəm, unudulmuş çevikliyim sanki geri qayıdıb. Odur ki, kökəlməyi düşünmürəm”x9d.(Publika.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin