Məlahət Abbasova kimə borcludur? -SİRRİN ÜSTÜ AÇILDI

Hazırda oxunan: Məlahət Abbasova kimə borcludur? -SİRRİN ÜSTÜ AÇILDI

143318
Türkiyədə yaşayan və fəaliyyət göstərən aktrisa Məlahət Abbasova sənət həyatındakı uğurlarına görə özünün Xalq artisti, tanınmış aktrisa Şəfiqə Məmmədovaya borclu olduğunu deyib.
 
Aktrisa İnstaqram səhifəsində Xalq artisti ilə çəkdirdiyi fotonu paylaşıb və keçmişiylə bağlı etiraf edib: “İncəsənət İnstitutuna ilk dəfə imtahan verəndə böyük sənətkar Şəfiqə Məmmədova mənə qabiliyyət imtahanından beş verməsəydi, bu gün mən bəlkə də aktrisa olmayacaqdım. Bugünkü həyatımın başlanğıcı onunla bağlıdır və ona həyatımın sonuna qədər təşəkkür edirəm. Şəfiqə xanım həmişə örnək aldığım və pərəstiş etdiyim bir aktrisadır”x9d.(Publika.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin