Amerikalı müğənni Ferqi yeni qalmaqallı klip ərsəyə gətirib.
Moderator.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, müğənninin “Double Dutches”x9d adlı ikinci albomuna daxil etdiyi “M. I.L. F.,”x9d mahnısına çəkdirdiyi klipi bir gün ərzində 1 milyondan çox baxış keçirib.
Ferqi klipin çəkilişlərində iştirak etmək üçün Kim Kardaşyan, Krissi Teyqen, Alessandra Ambrosio, Cemma Uord, Tara Linn, Siara, Nataşa Poli, Ember Valetta, Ancela Lindvall, Devon Aoki, İzabeli Fontana və Nataliya Poleşikova kimi ulduz dostlarını dəvət edib.
Üzərlərinə süd tökülmüş məşhur qadınlar aksessuarları ilə göz oxşayıblar.
Klipdə eyni zamanda Krissi Teyqenlə Con Lecendin qızı Luna, eləcə də Alessandra Ambrosionun qızı Anya da çəkilib.




































































































