Mahnının söz və musiqisi Ceyhun Əliyevə aiddir.
Xalq artisti Aygün Kazımova uzun müddətdir gözlənilən “Orasına-burasına”x9d adlı yeni mahnısını təqdim edib.
Oxu.Az-a açıqlama verən müğənni mahnının söz və musiqisinin Ceyhun Əliyevə aid olduğunu bildirib.
Aranjimanı Rəşad Hüseynova, miks-masteri isə Yaşar Baxışa aiddir.xa0
Xatırladaq ki, Aygün Kazımova bir müddət əvvəl adıçəkilən mahnı üçün fotoqrafxa0Kamran Aydınovun kamerası qarşısına keçərək fərqli fotosessiya etdirib.
Fotosessiyada Aygün Kazımovanın stilinin üzərində isə uzun illərdir əməkdaşlıq etdiyi, çoxsaylı layihələrində, konsert, klip və fotosessiyalarında baş stilist olaraq çalışanxa0Ruxaxa0işləyib.xa0



























































































