Vəfanı məsciddəki fotosuna görə qınadılar: "Özünü göstərməyə getmisən"

Hazırda oxunan: Vəfanı məsciddəki fotosuna görə qınadılar: "Özünü göstərməyə getmisən"

140823
Əməkdar artist, aktrisa Vəfa Zeynalova sosial şəbəkədə məsciddə çəkdirdiyi fotosunu paylaşıb.

Moderator.az xəbər verir ki, bu foto sosial şəbəkə istifadəçilərinin qəzəbinə tuş gəlib.

O, Türkiyədə aparıcı Xədicə Sənanqızı ilə Sultanəhməd məscidində şəkil çəkdirib.

İzləyicilər isə aktrisanın örpəyindəki lövbər naxışını xaç hesab ediblər və onun ünvanına sərt tənqidlər yağdırıblar:

İstifadəçilər Vəfa Zeynalovanın fotosuna "Belə yerlərdən şəkil çəkib paylaşmaq düzgün deyil", "Özünü göstərməyə getmisən, yoxsa ibadətə?", "Heç olmasa dırnağınızdakı boyaları silərdiniz" və s kimi şərhlər yazıblar.
Vəfanı məsciddəki fotosuna görə qınadılar: "Özünü göstərməyə getmisən..."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin