“Səyyad Əlizadə boş oturmayıb. Yaradıcılıqla məşğulam, mahnılar üzərində işləyirəm, disk çıxarıram. Ancaq əlbəttə ki, əvvəlki rezonans yoxdur və ola da bilməz. Çünki televiziyada elə verilişlər var ki, özümü orda görmürəm, getmirəm o proqramlara. Heç mənim yaşım da o yaş deyil ki, hər verilişə çıxım. 17-18 yaşım yoxdu ki, hər verilişə çıxım. Hər şeydən əvvəl mən öz hörmətimi saxlayıram. İstəyirəm ki, insanların mənə olan hörməti itməsin. Həm də indi zaman da 20-25 il əvvəlki zaman deyil, vaxt o vaxt deyil, indi şərtlər dəyişib”x9d.
Bunu Moderator.az-a açıqlamasında “Bəyaz gecələr”x9d mahnısı məşhurlaşan və sevilən müğənni Səyyad Əlizadə efirlərdə görünməməyinin səbəbindən danışarkən deyib.
Müğənni onu
da qeyd edib ki, indi yeni albom üzərində çalışır: “Televiziya efirlərində az
görünsəm də, sakit oturmamışam, yardıcılığımda daima yenilkilər edirəm. Hazırda
da yeni albom yazdırıram. “Sən xoşuma gəlirsən”x9d adlı mahnım hamının xoşuna gəlib,
mahnın sözləri və musiqisi özümə məxsusudur. Qarşıda “Bəyaz gecələr”x9d kimi populyarlıq
qaazana biləcək mahnılarım da olacaq inşaallah”x9d.
S.Əlizadə indiki
cavan müğənnilərin səviyyəsinin onu qane etmədiyini də vurğulayıb: “Şahidi
olmuşam, cavan bir oxuyan gəlib adlı-sanlı müğənninin əlindən mikrofonu elə
alıb ki, mən utanmışam onun yerinə. Biz hər zaman özümüzdən böyük müğənnilərin hörmətini
saxlamışıq, qayda-qanuna əməl etmişik. İndikilərdə bunu görmürəm. Həmçinin
indiki müğənnilərin savadları, intellektləri çox aşağı səviyyədədir”x9d.
Günel


































































































