"Oriental rəqs edəndə heç vaxt açıq geyinməmişəm" - Fatimə "çaşdı"

Hazırda oxunan: "Oriental rəqs edəndə heç vaxt açıq geyinməmişəm" - Fatimə "çaşdı"

139487
Rəqqasə Fatimə Fətəliyeva göz yaşlarına boğulub.

Moderator.az xəbər verir ki, "ATV maqazin onlarla" verilişində qonaq olan rəqqasə ailə həyatı uğursuz alınandan sonra məcburiyyət qarşısında bu sənətə gəldiyini deyib.

Rəqqasə vurğulayıb ki, bu peşəyə başlamazdan öncə çətin günlər yaşayıb:

"Yemək almağa pulumuz yox idi. Anama da baxırdım üstəlik. Bir gün anamın məktubunu gördüm: "Mən özümü öldürəcəyəm" yazmışdı. Çox borcu var idi. O pulu qaytarmaq lazım idi. Mən axı nə etməliydim? Milli rəqs də oynamaqla o borcları qaytarmaq mümkün olmayacaqdı. Çıxış yolunu ancaq bu rəqsdə görürdüm".

Rəqqasə ərəb rəqsi oynamağa başladığı günləri acı göz yaşları ilə xatırlayıb:

"Milli rəqslərin məktəbini keçmişəm. Amma ərəb rəqsləri gəlirli bir rəqs növü idi. Ayağa qalxmaq üçün bu rəqsi oynamağı seçdim. Mənim sponsorum yox idi, heç bir tərəfdən köməyim yox idi. Çıxış yolunu bu rəqsi oynamaqda görürdüm. Utana-utana oynayırdım. Hətta deyirdim ki, yox, mən çıxa bilməyəcəyəm. Ərəb rəqsi bir xalqın folklor rəqsidir. Və mən o rəqsi edəndə heç vaxt açıq-saçıq geyinməmişəm. Hər zaman çalışımışam ki, libaslarım bağlı olsun. Sadəcə insanların bu rəqsə pis baxdığına görə, özümü bağışlaya bilmirəm. Qızıma, oğluma görə özümü bağışlaya bilmirəm. Pis bir iş görməmişəm, şükürlər olsun ki, Allah məni həmişə qoruyub. Amma sırf ərəb rəqsi oynamağım mənim üçün həmişə problemlər yaradıb. Çox əziyyətli günlərim olub".

Rəqqasə Fatimə bildirib ki, restoranda ərəb rəqsi oynadığı zamanlar müştərilən masasına da yaxınlaşıb:

"Restoranda ərəb rəqsi oynayan zaman qadının öz üzrərində əks cinsin nümayəndələrinin ifadəsini, baxışını duyması çox çətindir. Özünə hörmət edən qadın, özünü sevən qadın üçün bu çox çətindir. Elə bir məclislər olub ki, masalara da yaxınlaşmışam. İllər keçib, çox illər keçib...O mənim içərimdə, daxilimdə heç vaxt unudulmur. O hadisələri yadıma salanda, daxilimdə çox böyük yanğı var. Kaş ki, bu olmayaydı..."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin