Səmra şumal bədənini göstərdi: "Pis heç nə yoxdur..."

Hazırda oxunan: Səmra şumal bədənini göstərdi: "Pis heç nə yoxdur..."

138840
Builki "Evrovision" təmsilçimiz Səmra Rəhimli müzakirələrə yol açan iddialı fotolarından, açıq-saçıq klipindən danışıb. Klipi, geyimi sosial şəbəkələrdə tənqid olunan ifaçı bu cür geyimin Azərbaycanda da normal qəbul olunduğunu bildirib.

Moderator.az xəbər verir ki, S.Rəhimli "ATV maqazin onlarla" verilişində sözügedən görüntülərdə və klipdə pis bir şey olmadığını bildirib.

"Klip ötən il işıq üzü görüb və klipdə görüntülərdə yay fəsli əks olunub. Pis heç nə yoxdur. Azərbaycanda bu hal normaldır, bunu necə anormal qarşıladıqlarını anlaya bilmədim. Çünki, ətrafa baxsaq, bizdə ad günləri, toy, şənlik, efirlərdə- hər yerdə bu cür rahat geyinirlər. Yaraşan insan geyinirsə, söz ola bilməz. Təhqir edirdilər, amma gözümü bağlayırdım. Bilirəm ki, bu sənəti seçmişəm və yaxşı deyən də olacaq, pis söz deyən də. Kiminsə fikirlərinə qulaq assaydım, indi gəlib bu pillədə olmazdım. Oturmuşdum evdə...Hər yeri qapalı saxlayıb, qapıları bağlayıb oturmuşdum evdə. Mən qulaq asmadığımı üçün irəli gedirəm. Musiqi karyerama davam etdirəcəyəm".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin