Azərbaycanda bir zamanlar dəbdə olan musiqi qrupları zaman keçdikcə dağılmağa, öz populyarlığını itirməyə başladı. Hamı tərəfindən tanınan və sevilən bu qruplar bəs görəsən indi haradadır?xa0
Moderator.az məsələni araşdırıb oxucularına təqdim edir:xa0
Ən məşhur qruplar sırasında “Qala”x9d, “Şeron”x9d , “X-trio”x9d, “NM”x9d, “N brother”x9d, “Kristal”x9d , “Dostlar”x9d, “W- trio”x9d və s olub.xa0
W ”“trio”x9d qrupu 3 qız, Elnarə, Röya, Natavan Həbibidən ibarət idi. Belə ki, “W-trio”x9d bu günəcən qruplar arasında dağıldıqdan sonra belə uğur qazanan, populyarlaşan ilk musiqi kollektividir. Hazırda hit mahnıların ifaçısı, gənclərin sevimlisi olan bu xanımların içində isə ulduzu ən çox parlayan Röyadır. Digərləri də ondan heç də geri qalmır. Elnarə uzun müddətdir ailə qurub, səhnədən uzaqlaşsa da ara-sıra efirlərdə görünür. Natavan Həbibi isə yetərincə tanınıb, sevilən ifaçılardan biridir.xa0
Bir zamanlar çox məşhur olan qruplardan biri də “Kristal”x9ddır. 3 qızdan ibarət olan qrupun yaradıcısı və prodüseri Mədinə Məlik olub. Hazırda qrupun fəaliyyəti dayanıb. Uzun zamandır onlar haqqında heç bir xəbər yoxdur.xa0
Məşhur “N brother”x9d qrupunun yaradıcısı isə Namiq olub. 6 oğlandan ibarət olan qrupun dağılması, efirlərdən 12-13 ilə yaxındır itməsinin səbəbi isə “N qardaşlar”x9dın dövlət işinə getməsi, musiqiyə, klip çəkdirməyə imkan tapmaması olub. Ancaq 2015-ci ildə verdikləri müsahibələrində qrupun yenidən bir klip çəkdirmək niyyətində olduqlarını bildiriblər. Bir il öncəki müsahibənin hələ də reallaşdığından söhbət gedə bilməz.xa0
Bir zamanlar çox sevilən “NM”x9d qrupu isə iki oğlan iki qızdan ibarət idi. Uzun zamandır dağılan qrupdan efirlərdə heç kimi görmək olmur.xa0
“Qala”x9d qrupu da bir zamanlar dəbdə olan musiqi qrpupları sırasında idi. Hazırda dağılan qrupdan bircə Ceyhunu ara-sıra efirlərdə görmək olur. Solo fəaliyyət göstərən ifaçı öz səsinə və tərzinə çox güvənir.xa0
“Dostlar “ qrupu da dağıldıqdan sonra sərbəst fəaliyyət göstərməkdədir. Onların solo ifaçısı Sami Oruc qrupu sərbəst fəaliyyət göstərmək üçün dağıdıb. Qeyd edək ki, qrupun digər üzvü Əhməd Mustafayev də tez-tez efirlərdə görünür.xa0
“Şeron”x9d qrupunun isə dəfələrlə tərkibi dəyişdi. Bir neçə dəfə dağıldı. Lakin hazırda da başqa komandadan təşkil olunan xa0“Şeron”x9d adlı musiqi qrupu fəaliyyətini davam etdirməkdədir. Lakin bu birinci yaranan “Şeron”x9d qrupu deyil.xa0
Ümumiyyətlə, istər musiqi qrupları, istərsə solo ifaçılar olmasına baxmayaraq estrada musiqimizin inkişafında heç bir irəliləyiş hiss olunmur. Əksinə geriləmə müşahidə edilir. Bu bir tərəfdən şou-biznes əhlinin toy bazarını doldurmaq üçün yazdırdıqları bayağı, yüngül, ara mahnılarının, digər tərəfdən də elə ara müğənnilərinin özlərinin səhnəni zəbt etməsi ilə bağlıdır. Səbəb hər nə olur olsun musiqimizin süqutu, enən xətlə irəliləyişi çox ağır problemlər sırasındadır.
Kəmalə Yusifli

































































































