İsveçin Stokholm şəhərində keçirilən “Eurovision 2016”x9d mahnı müsabiqəsindəki təmsilçimiz Səmra Rəhimlinin hollandiyalı iştirakçısı ilə fotosu sosial şəbəkələrdə müzakirələrə yol açıb.
Tez-tez əcnəbi müğənnilərlə səmimi fotoları yayımlanan, daha çox açıq-saçıq geyimi ilə müzakirə olunan S.Rəhimlinin son fotosu böyük təpki ilə qarşılanıb.
Həmkarının qucağında görüntülənən S.Rəhimli ətrafında söz-söhbətlər səngiməyib. Belə ki, gündəmi zəbt edən bu foto çoxsaylı istifadəçilər tərəfindən paylaşılıb, S.Rəhimli ilə bağlı müxtəlif xoşagəlməz fikirlər səsləndirilib.
Daha çox "like" yığan isə jurnalist Əfsələddin Ağalarovun paylaşımı olub:
"Boş verin, əsəblərinizi belə mənasız mövzuya görə korlamayın. Səmra Bakıya qayıdan kimi hərənin qucağında bir dəfə oturar, ümumi hesab bərabərləşər. Hamının da əhvalı düzələr. Onsuzda bura ayağını basan kimi ona bir qucaq dolusu təkliflər gələcək. Sonra özü seçər hansı qucaq daha rahatdı) ".




Səhnə geyimi ilə bağlı səsləndirilən tənqidi fikirlərə münasibət bildirən S.Rəhimli isə açıqlamasında geyimində heç bir qüsur olmadığını dilə gətirib. O, "Bildiyiniz kimi ora Avropadır. Geyimimdə heç bir qüsur görmürəm. Əsas odur ki, yaraşır. Yaraşmasaydı geyinməzdim", deyərək bu söz-sözhbətlərə son qoyub.(big.az)


































































































