Son günlər Azərbaycanı Eurovision yarışmasında təmsil edən gənc müğənni Səmra Rəhimlinin sosial şəbəkələrdə yarıçılpaq fotoları, dekoltesi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Onun belə şəkillərlə poz verməsi hətta sənət adamlarını da qıcıqlandırıb. Belə ki, onun yarıçılpaq vəziyyətdə Azərbaycan bayrağını əlinə götürməsi və şəkil çəkdirməsi daim tənqidi mövqeyi ilə seçilən Əli Mirəliyevi özündən çıxarıb.
Əli Mirəliyev ümumiyyətlə onun Azərbaycanın atributu olan bayrağına əl vurmağa da haqqı olmadığını bildirib:
"O bayrağa şəhidlərimiz sarılıb dəfn edilir, o bayraq üçün qanlar axıdılıb. O bayraq müğənnilərin bayrağı deyil, əsl xalqın, bayrağına dəyər verən xalqın bayrağıdır. Hər yerindən duran sponsorla, iş adamlarınən pulu ilə əlində bayraq tutur ki, ölkəni təmsil edirəm. Azərbaycanda bu gün demokratiya var. Amma bu, o demək deyil ki, sən soyunub qanlar bahasına qaldırılmış bayrağı əlində tutub poz verəsən? Onun bu hərəkətləri bizə ləkə gətirir. Onun kimiləri ümumiyyətlə səhnədən, təmsilçilikdən uzaqlaşdırılmalıdır. Bizim gözəl sənətkarlarımız, gözəl səs sahiblərimiz var ki, onlar ölkəmizi layiqincə təmsil edə bilərlər. Onları qabağa verməkdənsə, puldan basırlar kiməsə, o da sinəsini açıb çıxır meydana ki, ölkəni təmsil edirəm. Onların nəinki təmsil etməyə, heç o bayrağa toxunmağa belə haqqı yoxdur..."(Cebhe.info)






























































































