Fatimə: “17 ildir ki, rəqqasəyəm, reklama ehtiyacım yoxdur”x9d

Hazırda oxunan: Fatimə: “17 ildir ki, rəqqasəyəm, reklama ehtiyacım yoxdur”x9d

132790
Rəqqasə Fatimə Fətəliyeva cəbhə bölgəsinə gedən sənət adamlarının tənqid olunmasından danışıb.  

Musavat.com saytına açıqlama verən rəqqasə bildirib ki, cəbhə bölgəsinə getməsinin səbəbi vətən sevgisidir: “Sənət adamlarının cəbhədə yaşanan gərgin günlərdə vətənpərvərlik mövzusunda layihələr hazırlaması, cəbhə bölgəsinə getməsi birmənalı qarşılanmadı. Bəziləri bildirdi ki, bu addımlarımız reklam xarakterlidir. Mən kövrək insanam, mənə doğma olan işləri görürəm, hiss etmədiyim duyğunu yaşayıb tamaşaçılara çatdıra bilmərəm. Bu günə kimi gördüyüm işlər reklama görə olmayıb. 17 ildir ki, rəqqasəyəm, reklama ehtiyacım yoxdur. Vətənimə görə ölümə gedərəm. Mən ideal insan deyiləm. Amma bilirəm ki, necə yaşasam, o biri dünyam elə olacaq. İnanıram ki, tezliklə torpaqlarımızı qaytaracağıq və ölməmiş oraları görəcəyəm. Mən bizimlə əsgərlərin yanına gedən sənətçilərin keçirdikləri hisslərin şahidi oldum. Reklam düşünən insan o qədər həssas ola bilməzdi”x9d. 

Fatimə “Laçın”x9d adlı kompozisiyaya çəkdirdiyi klipdən də bəhs edib: “Çəkilişlər ötən həftə Atəşgahda baş tutdu, klip vətənpərvərlikdən bəhs edir. Ekran işində gözəl rəqs elementləri ilə içimdəki Laçın yanğısını insanlara çatdırmağa çalışdım. “Ana vətən”x9d kompozisiyasına çəkdirdiyim klip çox sevildi. İnşallah, bu işim də bəyənilər. Sözügedən klipi biznes üçün çəkdirməmişəm. Vətənini sevən biri olaraq içimdən gəlib. “Laçın”x9d tezliklə tamaşaçılara təqdim olunacaq”x9d.

F.Fətəliyeva serial və filmlərdə rol almamasının səbəbini açıqlayıb: “Filmə baxmağı sevirəm. Çünki insanın həyat tərzinə, düşüncəsinə təsir edir. İşlərim çox olur, övladlarıma baxıram, rəqs məktəbində şagirdlərimlə məşğul oluram. Kiminsə işini yarımçıq qoymaq və ya gecikdirmək istəmirəm. Təki gözəl filmlər çəkilsin, mən də izləyim. Evdəkilər də aktrisalıq etməyimi istəmir. Bütün aktyor və aktrisalara uğurlar arzulayıram. Onlar müxtəlif ekran işlərində rol alsınlar, mən də uğurlarına sevinim”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin