Müğənni Miri Yusif ailəsi ilə bağlı maraqlı açıqlama verib. Miri Yusif bugünə qədər uğur qazanmasında həyat yoldaşı Nərgizin böyük rolunu vurğulayıb:
"Evlilik sənətə mane olmur. Həyat yoldaşım - Nərgizimlə bizim etiraf gecələrimiz olur. Oturub dərdləşir, məsləhətləşirik. Bu yaxınlarda yoldaşıma dedim ki, yaxşı ki, sən və uşaqlarım var, bu müqəddəs ocaq məni qoruyur. Onlar olmasa, bu gün harada olacağımı təsəvvür edə bilmirəm. Allah hamımızı qorusun. Yaxşı ki, ailəm var. Ağıllı qadın kişinin 100%-lik təkanıdır. Mənim uğur qazanmağımda həyat yoldaşımın rolu böyükdür".
Müğənni musavat.com-a müsahibəsində həmçinin həyat yoldaşının onu qadın pərəstişkarlarına qısqanmadığını deyib:
"Əvvəllər qısqanırdı. Sonra başa düşdü ki, bu olmalıdır, sənət həyatımın bir hissəsi də pərəstişkarlarımdır. Mən fanatlarımla 3 aydan bir görüşürəm, adətən bu görüşə qızlar gəlir. Mənim əsas məqsədim ailəmi qorumaqdır. Allah mənə şan-şöhrət, istedad veribsə, onun qarşısında durmaq lazımdır. Tanınmış insanamsa, nümunəvi ailəyə sahib olmalıyam və məni izləyən milyonlarla insana bunu göstərməliyəm. Həyat yoldaşım sənətimlə bağlı bütün işlərə daim dəstək olub. O artıq məni yaxşı tanıyır və bilir ki, həyatda yeganə sevəcəyim qadın odur. Ona görə də qadın pərəstişkarlarıma məni qısqanmır". (big.az)

































































































